Ermənistanı daha pis aqibət gözləyir...
Yusif Nəzərli
22:42 30.09.2022
Dünya
593
Qabil Hüseynli: “Rəsmi İrəvanın Qərbə meyillənməsinə Rusiya seyrçi qalmaz”
“Bir sözlə, Paşinyan hökumətinin Qərb ölkələrini bölgəyə gətirmək planı baş tutmayacaq”
Azərbaycan Ermənistana xəbərdarlıq edib. Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, yüksək səviyyəli danışıqlar ərəfəsində İrəvanın təxribatı artıq təəccüb doğurmur. Aydındır ki, bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməlidir: "Ermənistan beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı bərpa-quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq". Rəsmi İrəvan adətən yüksək səviyyəli görüşlərdən əvvəl təxribatlar törədir. Beləliklə, danışıqlar masasında "güclü mövqedən" çıxış edəcəyini düşünür. İkinci bir tərəfdən, Ermənistan hakimiyyətinin qərarlarına asanlıqla təsir etmək iqtidarında olan üçüncü tərəflər sülh prosesinə süni əngəl yaradırlar. Ermənistan iqtidarının təxribatlarının səbəbini də üçüncü qüvvələrdə axtarmaq olar. Hər dəfə layiqli cavab almasına rəğmən, qarşı tərəf sabotaj cəhdlərini davam etdirir. Bu məqam üçüncü tərəflərin də prosesdə "əli olduğu" ehtimalını artırır. Lakin son nəticədə danışıqlar prosesinə xələl gətirilir. Əgər Ermənistan Baş naziri Nikol Paşinyan regional sabitlikdə maraqlıdırsa, əvvəllər də dediyimiz kimi siyasi iradə göstərməlidir. Çünki Cənubi Qafqazda sülh və sabitlik əslində indi hər kəsdən daha çox Ermənistana lazımdır. Çünki bölgədəki "ən zəif bənd" İrəvəndır. Ancaq görünən odur ki, bir sıra Qərb ölkələri Cənubi Qafqazdakı maraqlarının təmin olunmasını istəmirlər. Xüsusən, Fransa kimi ölkələr İrəvanın rəsmi mövqeyini dəstəkləyir, provokasiyaları görməzdən gəlir, hətta düşməni buna təhrik edirlər.
Politoloq Qabil Hüseynli "Şərq"ə deyib ki, ermənilərin fikrindən çox şey keçə bilər, amma indiki reallıqlar fonunda onları reallaşdırmaq asan məsələ deyil. Analitik qeyd edib ki, ABŞ və Fransa Azərbaycan-Ermənistan arasında sülh yaratmaq prosesində vasitəçilikdən başqa heç nə təklif edə bilmir və ya etmək istəmirlər: "Ermənistan bunun üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalı və Rusiya ilə bütün əlaqələri kəsməlidir. Hazırda Rusiyanın Ermənistan ərazisində dörd hərbi bazası var. Hətta sərhədləri rus tərəfindən qorunur. Ermənistanda müəssisələrin böyük əksəriyyəti Rusiyaya olan borc müqabilində sahibkarlara satılıb. Ona görə də Rusiya ilə əlaqələri kəsməsi, Qərbə inteqrasiya xəttini götürməsi real deyil. Əgər Ukrayna NATO-ya daxil ola bilmirsə, bunun bədəlini ağır ödəyirsə, bu, Ermənistan üçün daha pis nəticələrə səbəb ola bilər. Yəni Rusiya heç bir halda buna seyrçi qalmaz. Ermənistan indiki mərhələdə Hindistandan müəyyən silah növlərini alsa da, Amerika və Fransadan NATO silahlarını ala bilmir. Avropa İttifaqının əsas səyi Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh müqaviləsinin imzalanmasından, bölgəyə sülhün gətirilməsindən ibarətdir. Əlbəttə, Qərb ölkələri bu kontekstdə Rusiyanı da bölgədən çıxarmağı planlaşdırır. Amma bunu həyata keçirmək o qədər də real görünmür. Bir sözlə, Ermənistanın bölgəyə Qərb ölkələrini gətirmək planları baş tutmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm