Fitso: Avropa genişmiqyaslı müharibəyə çox yaxındır

“Avropa genişmiqyaslı müharibəyə heç vaxt bu qədər yaxın olmayıb”.

Teleqraf xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.

Hökumət başçısının sözlərinə görə, hazırda Avropada vəziyyət mürəkkəb və gərgindir. Fitso qeyd edib ki, qitədə genişmiqyaslı hərbi qarşıdurma təhlükəsi əvvəlkindən daha yüksəkdir.

“Avropada vəziyyət hərbi münaqişə ehtimalı baxımından heç vaxt indiki qədər ciddi və gərgin olmayıb”, - Slovakiya lideri əlavə edib.