Fransa silah satışına görə dünyada üçüncü yerdədir
13:12 10.03.2020
Dünya
684
Dünyada silah satışı 7,9 faiz artıb. Xüsusilə ən qaynar nöqtələrdən olan Yaxın Şərq bölgəsinə silah satışında son beş ildə əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Fransa həmişə olduğu kimi, ən böyük silah ixracatçıları arasında yer alıb.
Bu barədə Sülh Naminə Beynəlxalq Tədqiqatlar İnstitutu (SIPRI) məlumat yayıb. İnstitutun məlumatına əsasən, idxalçı dövlətlərin tələbatında artım qeydə alınıb.
SIPRI-yə görə Yaxın Şərq ölkələrində silah idxalı 61 faiz çoxalıb. Səudiyyə Ərəbistanı dünyada Hindistanı qabaqlayaraq 130 faiz artımla bir nömrəli idxalçı ölkəyə çevrilib. ABŞ Səudiyyə Ərəbistanına silah ixrac edən ölkələr arasında ilk sıradadır – 73 faiz.
İnstitutun tədqiqatçısı Pieter Vezeman münaqişələr, gərginliklər və yeni münaqişə potensialının mövcud olduğu regiona – Yaxın Şərqə bu qədər silah ixrac edilməsinin xüsusilə narahatlıq doğurduğunu bildirib.
Məlumatda Fransanın Misir, Qatar və Hindistan kimi ölkələrə silah ixrac etdiyi bildirilib. Fransanın silah ixracına görə üçüncü yerdə qərarlaşdığı qeyd edilib. Son beş ildə Fransa silah bazarı dünyada silah satışının 7,9 faizini təşkil edib ki, bu göstərici 2010-2014-cü illərlə müqayisədə 73 faiz artıb. Bununla da 1990-cı ildən etibarən Fransa silah bazarının rekord səviyyəyə yüksəldiyi diqqətə çatdırılıb. Misir, Qətər və Hindistanın Fransaya sifariş verdiyi “Rafale” döyüş təyyarələri ölkənin ümumi silah ixracatının dörddə birini təşkil edir. (azərtac)
Məlumatda qeyd edilib ki, ABŞ 36 faizlə dünya silah bazarında liderliyini qoruyub saxlayır. Rusiya isə 21 faizlə ikinci yerdədir. Əvvəllər dünyada ən böyük silah idxalçısı olan Hindistanda silah idxalı 32 faiz, Pakistanda isə 39 faiz azalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm