“Gürcü Arzusu”nun sonu: Müxalifət vahid güc mərkəzinə çevrilir
Turan
08:08 28.11.2019
Dünya
950
Gürcüstan müxalifəti hökumətə qarşı fəaliyyət planını açıqlayıb. “Yeni Gürcüstan” Partiyasının sədri Georgi Vaşadze etirazçıların parlament binası qarşısında “utanc dəhlizi” yaradacaqlarını bildirib. Vaşadze aksiyanın genişmiqyaslı olmayacağını deyib: “Cümə günü müxalifətin seçki sisteminə dəyişikliklə bağlı təqdimatı keçiriləcək. Gürcüstanın Qərbdəki tərəfdaşları ilə də əlaqələri gücləndiririk. Bu tərəfdaşlar sayəsində “Gürcü Arzusu”na böyük təzyiqlər ediləcək”. Gürcüstanın müxalif və bitərəf deputatları da parlamentin noyabrın 28-29-da keçiriləcək plenar iclaslarını boykot ediblər.
Gürcüstanda davam edən etirazları “Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, İvanişvili öz kreditini xərcləyib qurtarıb:
“Keçmiş prezident Marqvelaşvilinin müxalifətin tərəfinə keçərək hökuməti tənqid etməsi adi hadisə deyil. Üstəlik, Qərb ölkələrinin böyük əksəriyyəti də Gürcüstanda siyasi dəyişikliyin olmasının tərəfdarıdır. Onlar Rusiyanın dəstəklədiyi “Gürcü Arzusu”nun hakimiyyətdən getməsində maraqlıdırlar. Məsələ ondadır ki, parlament seçkilərinin vaxtı bir qədər önə çəkilsə də, seçki sistemində dəyişiklik edilərək qarışıq sistemə gedilməsi nəzərdə tutulur.
İndiyə qədər Gürcüstanda seçkilər proporsional sistemlə, yəni partiya siyahıları üzrə keçirilirdisə, dəyişiklikdən sonra həm majoritar, həm də proporsional sistemə keçilməsi planlaşdırılır. Gürcüstan müxalifəti isə majoritar sistemin əleyhinə çıxır, eyni zamanda parlament seçkilərinin növbədənkənar keçirilməsini tələb edir. Hətta keçmiş spiker Burcanadzenin özü də İvanişvilini tənqid edir, onun düzgün siyasət yeritmədiyini vurğulayır. Bir sözlə, müxalifətin sıralarına qoşulanların sayı kifayət qədər çoxdur. Demək olar ki, müxalifət getdikcə vahid güc mərkəzinə çevrilir. Zənnimcə, müxalif düşərgə ilə hakim “Gürcü Arzusu” blokunun mübarizəsi həlledici mərhələyə qədəm qoymaqdadır. Bu qarşılıqlı mübarizə və qarşıdurma prosesi gec-tez müxalifətin xeyrinə başa çatacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Yunanıstan liderləri Ankarada görüşüb
18:10 11.02.2026
Dünya
Azərbaycan neytrallığını qoruyacaq - Hərbi ekspert
18:06 11.02.2026
Gündəm
Paşinyan Azərbaycana dəmir yolu üçün fərqli istiqamət təklif etdi
17:52 11.02.2026
Aktual
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNDİ
17:38 11.02.2026
Gündəm
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
15:29 11.02.2026
Gündəm