Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı tezliklə razılığa gəlmək ehtimalının yüksək olduğunu düşünür.
Teleqraf xəbər verir ki, o, Türkiyənin münaqişənin həlli üçün tərəflərə dəstək verməyə hazır olduğunu deyib.
“Hazırda razılaşma bağlamağa çox yaxınıq. Deyə biləcəyim tək şey budur”, - o bildirib.
Hakan Fidan əlavə edib ki, Ankara bu məsələ ilə bağlı Moskva və Kiyevlə, eləcə də ABŞ və Avropa ölkələrinin nümayəndələri ilə təmasdadır.
Türkiyə xarici işlər naziri hesab edir ki, bütün tərəflərin tələblərini uzlaşdırmaq, format müəyyən etmək və nizamlama üçün plan hazırlamaq çox çətin bir işdir. Bununla belə, Hakan Fidan vurğulayıb ki, Türkiyə Ukrayna və Rusiya arasında istənilən atəşkəs və sülh razılaşmasını alqışlamağa hazırdır.