Heç bir karantin olmayacaq: Niderland da “kollektiv immunitet” strategiyasına üstünlük verib
16:46 20.03.2020
Dünya
803
Niderland bəzi Avropa ölkələri kimi (İsveç, Böyük Britaniya) COVID-19 virusuna qarşı mübarizədə “kollektiv immunitet” strategiyasına üstünlük verib.
AZƏRTAC xəbər verir ki, Niderlandın Səhiyyə naziri Bruno Bruins Böyük Britaniyanın nümunəsinə uyğun olaraq heç bir karantin elan etməmək qərarına gəlib. Bildirib ki, karantin tədbirləri başa çatdıqdan sonra virusun yenidən baş qaldırması mümkündür.
Haaqada koronavirus pandemiyası ilə bağlı parlamentdəki debatlarda çıxış edən zaman Niderlandın Səhiyyə naziri özünü pis hiss edib və ətrafdakılar ona yardım ediblər. Nazir sosial şəbəkədə bunun bir həftə intensiv iş rejiminin yorğunluğundan irəli gəldiyini bildirib. Nazir yenidən koronavirusa qarşı mübarizəyə qoşulacağını bildirsə də, istefa verib.
Bəzi Avropa ölkələrinin üstünlük verdiyi “kollektiv immunitet” strategiyasının məqsədi əhalinin zəif təbəqəsinin müdafiəsini təmin etməklə, digər təbəqələrin yoluxmasına və beləliklə ümumi immun sistemi yaratmaqdır.
Xatırladaq ki, Böyük Britaniyanın Baş Naziri Boris Consonun “kollektiv immunitet” yaratmaq fikrinə niderlandlı həmkarı Mark Rutte də qoşulub. O bildirib ki, əhalinin infeksiyaya yoluxmasına imkan verilməlidir. Bu immun sisteminin yaranmasına aparacaq, əks təqdirdə karantin müddətindən sonra virus yenidən qayıda bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya