ABŞ BMT Təhlükəsizlik Şurası üzvləri arasında yaydığı Qəzza zolağı ilə bağlı qətnamə layihəsi qəbul edilərsə, anklavda vəziyyət yaxşılaşmayacaq.
Axar.az xəbər verir ki, bu barədə HƏMAS sözçüsü Hazem Qasem “Əl-Cəzirə”yə deyib.
"ABŞ-ın qətnamə layihəsinin düzəlişləri və əsas müddəaları Qəzzadakı vəziyyəti sabitləşdirməyə yönəlməyib", - deyə o bildirib.
Qasemin sözlərinə görə, ABŞ qətnaməsinə alternativ olaraq atəşkəs rejimini gücləndirəcək və Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yaradılmasına imkan verəcək sənəd qəbul etmək olar.
HƏMAS nümayəndəsi qeyd edib ki, hərəkat BMT Təhlükəsizlik Şurası üzvlərinin Qəzza zolağına, İordan çayının Qərb sahilinə və Qüdsə qarşı İsrail təcavüzünün qarşısını alacaq və Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu təmin edəcək bir qətnamə qəbul etməsində israr edir.