Husilər ABŞ-a məxsus PUA-nı vurdu

Yəməndəki husilər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A “Reaper” tipli pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, PUA Məğrib (Marib) bölgəsi üzərində uçuş həyata keçirərkən hava hücumundan müdafiə qüvvələri tərəfindən hədəfə alınıb və məhv edilib.