“İranda camaat indiki rejimlə davam edə bilmir” - Vəziyyət gərgindir!
Yusif Nəzərli
09:55 26.09.2022
Dünya
626
“İndi bu ölkədə aclıq, yoxsulluq da baş alıb gedir”
“İki ildir ki, müəllimlər, təqaüdçülər, işçilər maaşlarını ala bilmədikləri üçün Xiyabandadırlar”
İranda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. "Geyim qaydalarına əməl etmədiyi”nə görə həbs olunan 22 yaşlı Məhsa Eminin ölümündən sonra etirazlar davam edir. Tehranın bir sıra meydan və küçələrdə kütləvi aksiyalar keçirilir. Polis yürüşün qarşısını almağa çalışsa da bacarmır.
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin rəhbəri Jalə Təbrizi İrandakı mövcud durumu "Sherg.az"a dəyərləndirib. O qeyd edib ki, etirazlar günü-gündən artır. Nəticədə bu etriaz aksiyalarında işgəncə görən və dünyasını dəyişən şəxslərin də sayı çoxalır:
“İnsanlar islam cümhuriyyətini dəyişməyə çalışırlar. Camaat artıq indiki rejimin qalmasını istəmir. Gənclər, qadınlar hər təbəqədən olan insanlar bu rejimdən beziblər. Xomeyni hakimiyyətinin dəyişməsi məsələsi isə olduqca çətindir. Avropa ,eləcə də, Amerika bunun tərəfdarı deyil. Buna görə də İrandakı hadisələrə o qədər də qarışmırlar. Onların xeyirinə olduğu üçün İslam Cümhuriyyətinin aradan qalxmasını istəmirlər. Buna baxmayaraq yenə də ümid edirəm ki, indiki stiuasiyadan yaxşı bir çıxış yolu tapılacaq.
Çünki artıq camaat bu rejimlə davam edə bilmir. İndi İranda aclıq, yoxsulluq da baş alıb gedir. Bu etirazlar yeni deyil. Artıq iki ildir ki, müəllimlər, təqaüdçülər, işçilər maaşlarını ala bilmədikləri üçün Xiyabandadırlar. İndi isə həmin adamlar əxlaq polisi tərəfindən öldürülən 22 yaşlı Məhsa üçün qadınlarla birgə küçələrə axışıb mübarizəni davam etdirirlər. Hər cəhətdən vəziyyət gərgindir.
Ola bilər ki, bir ara sakitlik yaransın. Amma insanlar istədiklərini almadıqca yenə də bu etirazları davam etdirəcəklər. Onların nə istədikləri isə düşünürəm ki, artıq hər kəsə bəllidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial