İranda cəmiyyətin nəbzi yoxlanıldı
Yusif Nəzərli
09:34 29.09.2022
Dünya
674
“Bu ölkədəki aksiyalar siyasi sistemin dəyişməsi üçün ilkin hazırlıqdır”
“Mövcud etirazların ali dini lider S.Ə.Xameneinin xəstə olduğu dövrə də təsadüf etməsi diqqət çəkir”
İran növbəti inqilabın astanasındadır. Bir müddət öncə əxlaq polisi tərəfindən həbs edilən hüquq müdafiəçisi Məhsa Əmininin sentyabrın 16-da müəmmalı ölümündən sonra bu ölkədə etiraz aksiyaları başlayıb. Bu gün isə aksiyalar cənub qonşumuzun bir sıra iri şəhərlərinə yayılıb. Çabahar şəhərində qəzəbli sakinlər valilik binasını yandırıblar. “Azad İran” “Telegram” kanalının xəbərinə görə, polis komandirinin etnik bəluc qıza təcavüz etməsinə və 22 yaşlı Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən saxlanıldıqdan sonra öldürülməsinə etiraz olaraq başlayan nümayiş ümummilli etirazların 12-ci günündə axşam saatlarında davam edib. Narazı vətəndaşlar əvvəlcə yol polisinin köşkünə od vurublar və yerli bankın binasına (“Ticarət Bank”) hücum çəkiblər. Bundan sonra isə qəzəbli sakinlər valilik binasının önünə toplaşıblar. Onlar binanı daşa basdıqdan sonra yandırıblar. Qeyd edək ki, polis və xüsusi təyinatlı qüvvələr birbaşa insanlara atəş açıblar. Nəticədə aksiyaçılar arasında ölən və yaralananlar var. Onların dəqiq sayı barədə məlumat yoxdur.
Politoloq Qabil Hüseynlinin “Şərq”ə açıqlamasına görə, mövcud aksiyaların başlanmasına səbəb 22 yaşlı qızın İranın əxlaq polisi tərəfindən öncə həbs edilib, daha sonra müəmmalı şəkildə ölməsidir. İraq Kürdüstanından Tehrana qohumlarını ziyarət etmək üçün gələn Məhsa sentyabrın 13-də İranın əxlaq polisi tərəfindən saxlanılıb. Hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən saxlanılan Məhsa şahidlərin sosial şəbəkələrdə verdiyi məlumata görə, şiddətli döyülüb:
“Tehran polisinin 22 yaşlı fəalın qəfil şəkildə ürək tutmasından həyatını itirdiyini desə də, aydın məsələdir ki, onun ölümü birbaşa rejimin istəyi ilə məqsədyönlü şəkildə baş verib. Hələ ki, hərəkat yüksələn xətt üzrə gedir. Amma molla rejimi də etirazçılara qarşı çox amansız davranır. Onlarla insan ölüb, yüzdən artıq adam həbs edilib. Bəzi universitetlər də fəaliyyətini müvəqqəti dayandırıb. Bu da aksiyalarda tələbələrin daha aktiv olması ilə bağlıdır. Bu nöqteyi-nəzərdən demək olar ki, rejim iştirakçılara qarşı amansızlığı ilə seçilir. Görünən odur ki, təzyiqlər nəticəsində bəzi yerlərdə hərəkat zəifləyir. Amma bütün bunlara rəğmən İran rejimi etirazçılara qarşı bəzi güzəştlərə getməli olacaq. Bu etirazların sonunda İranda çevriliş olması, rejimin yıxılması ehtimalı real deyil. Dediyim kimi, baş verən olaylar İranın molla rejiminə ağır zərbə vuracaq. Etiraz aksiyasının nəticəsi olaraq da rejim bəzi güzəştlərə gedə bilər. Məsələn, çadra məsələsində qadağaları müəyyən qədər yumşaldar. Çünki indiki vəziyyətdə İran narazı qüvvələri yalnız cəza maşınından istifadə etməklə zərərsizləşdirməkdə bir qədər acizdir”.
Politoloqun sözlərinə görə, İranda etiraz aksiyalarının başlanması əslində gözlənilən idi. 22 yaşlı qızın qətli də bəhanə oldu. Qərbin və ABŞ-ın İrana iqtisadi sanksiyaları fonunda İran vətəndaşlarının sosial iqtisadi vəziyyəti kifayət qədər çətinləşib: “Hesab edirəm etirazların qısa zamanda bu qədər geniş şəkildə yayılmasının əsas səbəbi də məhz budur. Mövcud etiraz aksiyaları İranın ali dini lideri S.Ə.Xameneinin xəstə olduğu və səhhətinin getdikcə pisləşdiyi dövrə də təsadüf etməsi diqqət çəkir. Bu mənada deyə bilərik ki, əslində etiraz aksiyaları həm də ali dini liderin ölümü ilə paralel İranda siyasi sistemin dəyişməsi üçün də ilkin hazırlıq və ya cəmiyyətin nəbzinin yoxlanılmasıdır. Bunu şah dövrünün sonları ilə müqayisə etmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm