İrandakı etirazların PƏRDƏARXASI: Rusiya və Çin Qərblə çəkici eyni nöqtəyə vurur? - TƏHLİL
Yusif Nəzərli
10:47 17.05.2022
Dünya
359
“Nə Şərq, nə də Qərb” tezisini özünün xarici siyasətinin prioritetinə çevirən İran bu iki incə xətt arasında əhəmiyyətli balanslaşdırma yarada bilməyib.
Qərblə mənfi münasibətlərin miqyasının genişlənməsindən dolayı Tehran həmin balanslaşdırma aktından qoparaq üzünü şərqə tutub, indi İranın gündəliyində “Şərqə baxış” konsepsiyası üstünlük təşkil edir.
İranda başlayan etiraz aksiyalarını həmin siyasətə verilən instintiktiv sosial reaksiya və kimi dəyərləndirmək olar, o mənada ki, İran Qərbin sanksiyaları altında əzilir və Şərqə baxışı sosial-iqtisadi itkiləri kompensasiya etməkdən uzaqdır.
Tarazlaşdırıcı sosial paket təqdim edə bilməyən İran hakimiyyəti özünün rəqiblərinə və ya düşmənlərinə unikal kəşfiyyat fürsətləri təqdim edir.
Belə ki, İranın rəqibləri İranda ali dini rəhbərlikdən tutmuş bütün sistemə qarşı qaldırılan şüarları hakimiyyətdəki sərt xətt tərəfdarlarının hökmranlığı ilə liberallar arasında toqquşma istiqamətinə yönəltmək istəyirlər. Rəsmi Tehranın “Şərqə baxış” siyasəti davam edəcəyi təqdirdə qarşıdurmalar, sosial etirazlar daha da şiddətlənəcək.
İran hakimiyyətində mühafizəkar, radikal hərbi-siyasi dairələrin üstün mövqelərdə olmasına baxmayaraq, ölkədə liberal nizamın formalaşdırılması istiqamətində xəttlər mövcuddur və sosial problemlər istər-istəməz həmin çərçivəni genişləndirir. Qərb zəngin resurlara malik İranı öz tərəfinə çəkmək üçün bütün potensialını ortaya qoyur, lakin Tehranın “Şərqə” sürüşməsi Qərbi qıcıqlandırır.
İran nəzərlərini Çin və Rusiyaya dikir, amma nə Moskva, nə də Pekin İrana görə Qərblə münasibətlərini təhlükəyə atmaq niyyətindədir.
Burada iqtisadi amillər də rol oynayır, həm Çinin, həm də Rusiyanın Qərblə iqtisadi-ticari münasibətləri genişdir və bu, İranla olan iqtisadi əlaqələri üstələyir.
Rusiya da, Çin də İranın regionda nüvə gücünə çevrilməsini istəmir, ona görə də, nüvə danışıqlarında Moskva və Pekin çəkici Qərblə eyni nöqtəyə vurur.
Hərçənd ki, İran “Şərqə baxış” siyasətini iki gücdən – Rusiyadan və Çindən – kömək almağa bununla da Qərb ideallarına qarşı ümumi məqsəd ətrafında üçlük formatında birləşməyə nail olmaq istəyir.
İranın gözünü “Şərqdən” çəkəcəyi mümkün görünmür, ta o zamana qədər ki, Qərblə İran ideoloji quruluşdan tutmuş, siyasi sistemdəki idarəetməyə qədər ortaq məxrəcə gəlsin.
Qərb isə İranı itirmək istəmir (ölkə olaraq), çünki İranın Rusiya və Çinə istiqamətlənən xoşniyyətli mövqeyi Moskva və Pekinin həmin ölkədəki nüfuzunu gücləndirir.
İranda aksiyalar müxtəlif aralıqlarla da olsa davam edəcək...
Aqşin Kərimov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalı general: "Rusiya müharibədə İrana yardım göstərib"
23:52 30.04.2026
Gündəm
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
23:29 30.04.2026
Futbol
“Neftçi” “Qarabağ”ı məğlub edib
23:07 30.04.2026
Dünya
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
22:48 30.04.2026
Futbol
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm