
İsmail Cingöz: İsrail və İran SDQ-ni Əhməd Şaraa əleyhinə alətə çevirir
14:05 05.11.2025
Dünya
449
“ABŞ SDQ-nin yaşaması üçün 130 milyon dollar ayırıb”
Suriya bölgəsində SDQ (Suriya Demokratik Qüvvələri) ilə Suriya rəhbərliyi arasındakı inteqrasiya prosesi davam edir. Martın 10-da prezident Əhməd Şaraa ilə SDQ komandiri Mazlum Kobani arasında imzalanmış sazişə əsasən, təşkilat ilin sonuna qədər Suriya ordusuna daxil edilməli və ölkənin şimal-şərqindəki mülki və hərbi obyektlər Dəməşqin nəzarətinə keçməli idi. Lakin ilin sonuna iki aydan az vaxt qalmasına baxmayaraq, sazişin icrası ilə bağlı hələlik nəzərə çarpan hər hansı addımlar müşahidə olunmayıb.
Beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:

"SDQ lideri Mazlum Kobani ilə Suriya prezidenti Əhməd Şaraa arasında 10 mart 2025-ci ildə imzalanmış razılaşmaya əsasən, SDQ-nin, yəni PKK-nın Suriya qanadı YPG-PYD-nin Suriya ilə inteqrasiyası planlaşdırıldı. Bu çərçivədə SDQ-nin ilin sonuna qədər Suriya rəhbərliyi ilə tam inteqrasiya olunmuş bir struktur halına gəlməsi razılaşdırıldı.
Lakin sonrakı dövrdə İsrail və ABŞ-nin mənfi müdaxilələri, həmçinin İranın Əhməd Şaraa rəhbərliyinə qarşı SDQ-dən istifadə imkanlarını araşdırması nəticəsində bu prosesin gözlənildiyi kimi nəticələnməməsi üçün bir çox faktorun rol oynadığı müşahidə olunur. Bununla yanaşı, ABŞ-nin 2026-cı il büdcəsi açıqlanarkən, təxminən 130 milyon dolların bu bölgə və SDQ üçün maaş və xərclər adı ilə ayrıldığı bildirildi. Bu, ABŞ-nin SDQ-nin varlığını davam etdirməsi üçün açıq şəkildə müdaxilə etdiyini göstərir. Eyni zamanda, SDQ ilə İsrailin, xüsusilə Dürzilər üzərindən, yaxın dialoqda olduğu müşahidə olunur. Əsad rejimi sonrası Əhməd Şaraa əleyhdarlarını və Əsad tərəfdarlarını SDQ-nin təşkil etməsi üçün İranın başqa təşəbbüslərlə müdaxilə etdiyi məlumdur. Həmçinin, bölgə üçün maraqlı olan bəzi digər ölkələrin SDQ ilə dialoqa girməsi nəzərə alınarsa, Əhməd Şaraa ilə Mazlum Kobani arasında əldə olunmuş razılaşmanın tətbiq olunmaması üçün müxtəlif fraksiyaların Mazlum Kobanini mənfi istiqamətdə istifadə etməyə çalışdığı və bundan sonra da çalışacağı aydın görünür".
Ekspert bu coğrafiyadakı plan və layihələrin Suriya torpaq bütövlüyü və sabitliyi üzərində fərqli təsirlər yaratmağa çalışdığını bildirib:
"Bu məsələdə, Türkiyə xaricində demək olar ki, heç bir bölgə ölkəsinin Suriyada torpaq bütövlüyü, etnik demoqrafiya və dini strukturların bərabər şərtlərlə idarədə iştirakını təmin etmək üçün hər hansı bir təşəbbüs göstərmədiyi görünür. Emperialist düşüncələrə sahib olmayan və yaxşı qonşuluq münasibətləri ilə Suriyanın yenidən qurulmasında tərəfsiz iştirak etməyə çalışan, həmçinin Əhməd Şaraa ilə yaxın dialoqda olan Türkiyə bu prosesi dəstəkləyən yeganə ölkə mövqeyindədir.
Bununla yanaşı, ABŞ-nin dəstəyi ilə SDQ-nin Suriyanın neft və qaz sahələrini, həmçinin Əsad dövründən qalmış hərbi obyektləri Dəməşq mərkəzi hökumətinə təhvil verməməsi üçün mənfi təsir göstərən ölkələrin təşviqinin də davam etdiyi görünür. Böyük İsrail istiqamətində hərəkət edən və İsrail maraqları çərçivəsində fəaliyyət göstərən ölkələrin mövcud olduğu isə açıqdır".
Banuçiçək Kalbalıyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm