İsrail ordusu Livanın cənubunda HƏMAS-ın təlim düşərgəsindəki döyüşçülərinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.
"İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Əyn əl-Hilva ərazisində HƏMAS-ın təlim düşərgəsində fəaliyyət göstərən terrorçuları hədəf alıb. Vurulan hərbi düşərgə HƏMAS terrorçuları tərəfindən İsrail əsgərlərinə və İsrail dövlətinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün təlim məqsədilə istifadə edilib", - deyə bildirilib.