
Kollektiv Qərbin Rusiyaya qarşı təzyiq strategiyası davam edir -RƏY
09:25 15.05.2025
Dünya
577
Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən sanksiyaların dairəsini genişləndirir. İyunun 15-də Aİ-yə üzv ölkələrin səfirləri 17-ci sanksiyalar paketi ilə bağlı yekun razılığa gəliblər.
Bu barədə Fransanın AFP agentliyi məlumat yayıb. Yeni sanksiyalar paketi Rusiyanın Ukraynadakı hərbi fəaliyyətinə dəstək verən sektor və fiziki şəxslərə qarşı əlavə məhdudiyyətləri nəzərdə tutur.
Politoloq Aytən Qurbanova Sherg.az-a söyləyib ki, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməsi Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesinin indiki məqamda uğursuz olduğunun bariz nümunəsidir:

“Kollektiv Qərbin Rusiyaya qarşı təzyiq strategiyası davam edir. Ümumiyyətlə sanksiyalar əlavə təzyiq vasitəsi olsa da, Rusiya üzərində ciddi çəkindirici təsirinin olmadığı artıq hərkəsə məlumdur. Çünki bu istiqamətdə konkret və qətiyyətli mövqe nümayiş etdirilmir. Hətta ənənəvi qaydada Rusiyanın da Avropa mərkəzli şirkətlərə və məhsullara qarşı məhdudiyyətlər tətbiq etməsi ilə bağlı ehtimallar istisna edilmir. Eləcə də, rəsmi Kremlin bir çox istiqamətdə təsir vasitələrindən istifadə etməsi gözləniləndir. Xüsusilə də, enerji təminatı və informasiya təhlükəsizliyi baxımından Rusiya qismən də olsa müəyyən təsir mexanizmlərinə sahibdir. Deməli qarşılıqlı təzyiqlər hələ bir müddət davam edəcək. Belə bir məqamda isə atəşkəs ilə bağlı razılıq əldə olunsa belə tərəflərin onun şərtlərinə əməl etməsini gözləmək çox çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm