Kral Çarlz qardaşı Endryunun titullarını ləğv edir
20:44 30.10.2025
Dünya
332
Britaniya Kralı III Çarlz qardaşı Şahzadə Endryunun “Şahzadə” titulunu və fəxri adlarını rəsmi qaydada ləğv etmək prosesinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bukinqem Sarayı məlumat yayıb. Həmçinin, Endryuya Vindzordakı “Royal Lodge” malikanəsini tərk etməsi üçün rəsmi bildiriş göndərilib. Kral ailəsindən verilən açıqlamada qeyd olunub ki, fəxri adların ləğvi üçün rəsmi proses bu gün başladılıb. O, bundan sonra Endryu Mauntbatten Vindzor adı ilə tanınacaq.
Bəyanatda, həmçinin vurğulanıb ki, bu qərarlar Endryunun özünə qarşı irəli sürülən iddiaları inkar etməsinə baxmayaraq, zəruri hesab olunur.
“Kral və Kraliça hər cür zorakılıq və istismar qurbanlarına dərin simpatiyalarını bildirirlər”,- açıqlamada qeyd olunub.
Məlumata görə, Endryu bundan sonra Kral ailəsinə məxsus Sandrinham ərazisindəki bir mülkiyyətə köçəcək və yaşayış xərcləri Kral tərəfindən şəxsi vəsaitlə qarşılanacaq. Endryu uzun müddətdir cinsi istismar haqqında cinayətlərdə təqsirli bilinən amerikalı iş adamı Cefri Epsteynlə əlaqələri səbəbilə ictimai və media təzyiqi altındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya