Kreml Paşinyanın arzusunu “gözündə qoyacaq”...
Yusif Nəzərli
00:29 28.09.2022
Dünya
641
“Rəsmi Moskva ABŞ və Avropa ölkələrinin Ermənistana siyasi-hərbi dəstək verməsinə imkan verməyəcək”
“Belə məqamda Rusiya dərhal öz rıçaqlarını işə salacaq və Qərbin yardımı "mənzil başına çatmayacaq"
Fransa Prezidenti Emmanuel Makron Parisdə işgüzar səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edib. Görüşdə ikitərəfli əlaqələr və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub. Makron qeyd edib ki, 2 ölkə arasında danışıqlar bərpa olunmalıdır: "Güc tətbiqi nə Ermənistan, nə də Azərbaycan üçün həll yolu deyil və dialoq dərhal bərpa edilməlidir. Biz də bilirik ki, müzakirəsini gözləyən məsələlər çoxdur. Lakin onlar istisnasız olaraq danışıqlar yolu ilə həll edilməlidir". Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına "maraqlı" olduğunu söyləyib. Baş nazir bildirib ki, Azərbaycanla münasibətlərin uzunmüddətli nizamlanması üçün sülh müqaviləsinin imzalanmasını zəruridir. Ancaq Paşinyan öz şərtini açıqlamağı da unutmayıb. Onun sözlərinə görə, sülh sənədi MDB-nin 1991-ci il 8 dekabr tarixli sazişi çərçivəsində sərhədlərin qarşılıqlı tanınması əsasında imzalanmalıdır: "Ermənistan ölkələrin milli qanunvericiliyinə uyğun olaraq regionda kommunikasiyalar açmağa və yeni kommunikasiyalar qurmağa hazırdır".
Nikol Paşinyanın Fransaya səfərini və Prezident E.Makronla görüşünü "Şərq"ə şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Rusiyadan istədiyi dəstəyi ala bilməyən Ermənistan Qərb ölkələrindən imdad diləyir. Analitik bildirib ki, İrəvanın əsas hədəfi ölkənin təhlükəsizliyi ilə bağlı yardım almaqdır: "Paşinyan düşünür ki, Rusiyadan fərqli olaraq ABŞ və Fransa Ermənistanın yanında olacaq, ermənilərin haqlarını sonadək müdafiə edəcəklər. Ona görə də Qərb ölkələrinin Azərbaycana təzyiq göstərmələrinə nail olmağa çalışır. Məsələ ondadır ki, Vaşinqton və Paris Bakı ilə çox ehtiyatlı davranır və Ermənistana birmənalı dəstək vermirlər. Çünki İrəvana birmənalı dəstək Azərbaycanın itirilməsi deməkdir. Qərb Azərbaycanı özünə strateji tərəfdaş bilir. Xüsusən, enerji məsələsində ölkəmizin əhəmiyyətini yüksək dəyərləndirirlər. Yəni burada həm siyasi, həm də iqtisadi itkilərdən söhbət gedir. Azərbaycan təhlükəsizlik prizmasında regionun ən etibarlı dövlətidir. İranla düşmən münasibətdə olan ABŞ və Avropa ölkələri Bakının strateji tərəfdaşlığını gözardı edə bilməzlər. Azərbaycanı itirmək Orta Asiyadan məhrum olmaqdır".
İ.Vəlizadə vurğulayıb ki, Qərb Ermənistanı da tamamilə əlindən buraxmaq istəmir: "Ermənistanın qərbyönlü siyasətini dəstəkləyərək, İrəvanı özünə tərəf çəkmək niyyəti güdür. Amma burada Rusiya faktoru da önəmlidir. Moskvanın başı nə qədər qarışıq da olsa, Paşinyanın Qərbdən yardım dilənməsinə, daha doğrusu, ABŞ və Avropa ölkələrinin Ermənistana siyasi-hərbi dəstək verməsinə imkan verməyəcək. Belə məqamda Rusiya dərhal öz rıçaqlarını işə salacaq və Qərbin yardımı "mənzil başına çatmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm