Medvedyev və Putin blef edir! – “Nüvə silahından istifadə Rusiyanın sonu deməkdir”
Medvedyev və Putin blef edir! – “Nüvə silahından istifadə Rusiyanın sonu deməkdir”
Yusif Nəzərli
13:24 23.09.2022
Dünya
599
"İstər Dmitri Medvedyev, istərsə də Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı açıqlamaları blefdir”.
Bu sözləri “Sherg.az”a siyasi şərhçi Fuad Abbasov bildirib. Onun sözlərinə görə, strateji nüvə silahını vaxtilə Sovet İttifaqı Amerikaya qarşı bir qoruma sistemi olaraq qurub:
"”Səndə olduğu kimi məndə də var" prinsipi ilə yaradıldı. İndi Rusiya da strateji nüvə silahını əlində tutur. Ümumiyyətlə, dünyada nüvə silahı olan ölkələr müdafiə üçün sözügedən "təhlükəni" saxlayırlar. Amma rəsmi Moskva hücum üçün hər hansı bir şəkildə strateji nüvə silahına müraciət edərsə, bu, Rusiyanın sonu deməkdir.
Çünki mütləq şəkildə ona cavab gələcək. Şimal qonşumuza da nüvə silahı tətbiq ediləcək. Bəlkə də, söhbət taktiki nüvə silahından gedir. 10-100 kilometr arasında bir sahəni məhv etmək üçün istifadə edilir.
Məsələn, Ukraynanın bir şəhərində çox ciddi bir müqavimət var. Həmin o əraziyə taktiki nüvə silahı ataraq, 10-30 kilometr radiusda canlı qüvvəni və ya hərbi texnikanı dağıtmaq məqsədilə Rusiya tətbiq edə bilər. Adından da bəlli olduğu kimi, ruslar nüvə silahına "сила сдерживания" deyirlər. Yəni qarşı tərəfin hər hansı bir fəaliyyətinin qarşısını almaq üçün rəsmi Moskvanın işlətmə ehtimalı var.
Bu, basqın üçün deyil. Ona görə də zənnimcə, strateji və taktiki nüvə silahından istifadə ağıllı fikir deyil. Çünki bu, həmin ölkənin dağılmasına səbəb ola bilər.
Eyni zamanda hər kəs bir-birinə nüvə silahı tətbiq etsə, dünyanın sonu gələcək. Ona görə bütün bunlar ruslar demiş, "лицемер" - yalan bəyanatlardır".
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev bildirib ki, Rusiyanın müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahından istifadə edə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm