Moldova NATO-ya üzv olmaq istəmir

“Moldova neytral statusunu qorumaq və NATO-ya üzv olmamaq qərarına gəlib”.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Vasile Tofan bildirib.

Tofan qeyd edib ki, Moldovanın bütün diqqəti hazırda Avropa İttifaqına üzvlüyə yönəlib. O əlavə edib ki, ölkəsi üçün bu, təkcə iqtisadi yox, həm də təhlükəsizlik məsələsidir.

“NATO-ya gəlincə, biz neytral ölkəyik və hələlik neytral qalmağı planlaşdırırıq. Buna görə də NATO-ya qoşulmaq planımız yoxdur”, - Moldova hökumətinin başçısı bildirib.