Moskvadakı dövlət kabinetlərində “müharibə” – “Putin nüfuzdan salınır, hakimiyyət..."
Moskvadakı dövlət kabinetlərində “müharibə” – “Putin nüfuzdan salınır, hakimiyyət..."
Yusif Nəzərli
11:05 28.09.2022
Dünya
759
"...uğrunda savaş ordu ilə FSB komandası adlanan qrup arasında gedir"
“Patruşev oğlunu növbəti prezident etmək istəyir”
"Bölgə qaynayır: Rusiya, İran, Çin siyasi meydana atılıblar. Və bu hələ başlanğıcdır. Ən qorxulusu isə Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyi barədə söhbətlərin artmasıdır. Sanki insanları buna hazırlayırlar. Lakin təsəlliverəcək bir məqam var. Rusiya ordusu Baş Qərargahının generalları artıq gələcəyə baxırlar".
Bu fikirləri "Sherg.az"a açıqlamasında politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu deyib.
Politoloq bildirib ki, Rusiya ordusunun təklifi əsasında Prezident Vladimir Putinin qərarı ilə elan olunmuş biabırçı səfərbərlik sırf siyasi aksiyadır. Putinin tam nüfuzdan salınmasına hesablanıb:
"Gələcəyə baxanlar isə törətdiklərindən daha ağır cinayətlər törədib əlavə məsuliyyət götürmək istəməzlər. Ən azı məntiq belə deyir. Rusiyalı analitiklərin dediklərinə inansaq, gələcək hakimiyyət uğrunda savaş ordu ilə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin şərti olaraq FSB komandası adlanan qrupu arasında gedir. Patruşev oğlunu növbəti prezident etmək istəyir.
Kremlin sahibi də bunu anlayır. Amma görünür müqavimət göstərmək imkanı da durmadan azalmaqdadır.
Bir sıra Rusiya mənbələri Nikolay Patruşevin hakimiyyət dəyişikliyi ilə bağlı artıq bir neçə xarici güclərlə danışıq apardığını söyləyir. Onların arasında Çinin, ABŞ-ın və Türkiyənin olduğu vurğulanır. Hər bir halda Putinin Ukraynaya qarşı başlatdığı müharibənin artıq Moskvadakı dövlət kabinetlərinə çatdığı şübhə doğurmur".
Qeyd edək ki, Ukrayna ilə müharibə aparan Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm