Osloda partlayış törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb: İkisinin 13 yaşı var

Norveç polisi paytaxt Osloda partlayış törətməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TV2 məlumat yayıb.
Qeyd olunur ki, saxlanılanlardan ikisinin 13 yaşı var. Polis araşdırmalarını davam etdirir. Hadisənin cinayəti törədənlər arasında münaqişə ilə bağlı olduğu ehtimal edilir.

Xatırladaq ki, sentyabrın 23-də axşam saatlarında Osloda partlayış baş verib. Küçədə bir neçə partlayıcı qurğu aşkar edilib.