Oyunçular qazanır:Son bombardmandan sonra çıxış yolu Kiyev-Moskva danışıqlarından keçir
Yusif Nəzərli
04:44 13.10.2022
Dünya
437
"Avropa Vaşinqtonun maraqlarına görə Rusiya ilə savaşa girmək fikrində deyil. Avropa Vaşinqtonla müttəfiqlik münasibətlərini qorumaq naminə öz maraqlarını qurban verməyəcək"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden deyib ki, Volodimir Zelenski yetərincə kömək ala bilməməsi ilə bağlı şikayətləri dayandırmalıdır. Bayden bildirib ki, Zelenski kömək istəməyə davam edərsə, Kiyev üçün Konqresdən pul istəmək çətin olacaq. Qeyd edək ki, ABŞ-ın Maliyyə naziri Canet Yellen yaxın həftələrdə Ukraynaya 4,5 milyard dollar yardım edəcəklərini açıqlamışdı.
Zelenski dəfələrlə Qərbdən yetərli maddi və hərbi yardım ala bilməməsindən gileylənib. Lakin bəzi ekspertlərə görə, Ukrayna rəhbərinin məqsədi Qərbdən daha ciddi və genişmiqyaslı siyasi-hərbi dəstək almaqdır.
Politoloq Azər Rəşidoğlu "Şərq"ə bildirib ki, Qərb hələ də Ukraynaya vəd etdiyi yardımı göstərməyib.
Bu da Kiyevin narazılığı ilə yanaşı, Kremli daha böyük hərbi cinayətlərə sövq edib. Analitik vurğulayıb ki, siyasət maraqlar uğrunda savaşdır: "Avropa üçün Rusiya böyük qonşudur. Bu baxımdan, Avropa Vaşinqtonun maraqlarına görə Rusiya ilə savaşa girmək fikrində deyil. Avropa Vaşinqtonla müttəfiqlik münasibətlərini qorumaq naminə öz maraqlarını qurban verməyəcək. Amerikanın Çin və Rusiya təhdidləri ilə bağlı təbliğatı çətin ki, uğurlu olsun. Vaşinqton Moskva və Pekinə nə qədər düşmən kimi baxırsa və vahid cəbhədən danışırsa, Avropa ölkələrini öz bayrağı altında birləşdirə bilmir. Strateji konsolidasiya real görünmür.
Məntiqi nəticə 21 fevral 2022-ci il müqaviləsinin hazırlanmasında Fransa və Almaniya ilə birlikdə mühüm rol oynayan Polşanın "Avropa xoru”nu tərk etməsi Kremlə uzanan barışıq əli idi. Polşa artıq öz oyununu oynamaq istəyir. Avropalı müttəfiqlərini birləşdirən ABŞ müxtəlif gündəmlər arasında aktiv manevrlər edir.
Rusiya ilə iqtisadi əlaqələrin pozulması dinamikası transatlantik müttəfiqlərin Moskva ilə sərt qarşıdurmaya fərqli yanaşdığını nümayiş etdirdi.
Aİ ölkələri Rusiya ilə iqtisadi əlaqələrin qorunmasında, xüsusilə enerji sahəsində əməkdaşlıq seqmentində daha çox maraqlıdırlar. Odur ki, Aİ-nin ayrı-ayrı üzvləri Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazır olmadıqlarını açıq dilə gətirdilər. Rusiya ilə ticarət-iqtisadi münasibətlərin saxlanmasında daha az maraqlı olan Vaşinqtonun faktiki olaraq təkləndiyi üzə çıxır".
A.Rəşidoğlu bəyan edib ki, ABŞ siyasətinin "xaç atası” Henri Kissincer reallığı dərk etdiyi üçün Kiyev və Moskvanı barışmağa dəvət edir:
"O bildirirdi ki, Kiyev Krım və Donbassdan imtina etməli, Avropa üçün parçalayıcı rol oynamamalıdır. Sual yaranır, bəs, on minlərlə günahsız insanın ölümü, dağıdılmış şəhərlər necə olsun? Bütün bunlar dünya üçün bir statistikadır, qurban verilən ukraynalılardır. Son bombardmandan sonra vəziyyət dalana dirənib. Sanki çıxış yolu Kiyev-Moskva danışıqlarından keçir. Bir sözlə, Avropa 24 fevral 2022-ci ilə qayıtmaq istəyir. ABŞ siyasətinin "qoca tülküsü” Kissincer də bunu təklif etmişdi. Əgər Putin bu savaşdan simasını qorumaqla xilas ola bilsə, Kremlin imperiyaçı iddiaları da artacaq. İlk təhlükə zonası isə MDB məkanı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm