Pekində karantin rejimi yumşaldılıb
13:32 29.05.2022
Dünya
695
COVID-19 virusuna yoluxmalaın çoxalması səbəbindən təxminən bir ay ərzində sərt qadağa və məhdudiyyətlərin tətbiq olunduğu Pekində karantin rejimi bir qədər yumşaldılıb.
AZƏRTAC Pekin meriyasının məlumatına istinadla xəbər verir ki, son 6 gündə sutkalıq yoluxmaların azalma tendensiyası əsas götürülərək, yumşalma qərarı verilib. Paytaxtın 16 rayonundan səkkizində son 3 sutka virusa yoluxma aşkarlanmayıb. Çin Kommunist Partiyası Pekin komitəsinin rəsmisi Su Hecien bildirib ki, paytaxt hazırda epidemiya ilə fövqəladə mübarizə vəziyyətindən mütəmadi nəzarət və profilaktika mərhələsinə keçidin vacib mərhələsini yaşayır.
Hökumət şəhərin müxtəlif zonalarındakı epidemik vəziyyətdən asılı olaraq fərqli karantin tədbirlərinin tətbiqinə qərar verib. Belə ki, mayın 29-dan etibarən Fanşan və Şunyi rayonlarının sakinlərinə ofislərdə işləməyə icazə verilib, Çaoyan və Toncou rayonlarında iş yerlərində əməkdaş sayına qoyulan məhdudiyyət yüngülləşdirilib. İctimai nəqliyyatın və taksilərin fəaliyyəti riskli zonalar istisna olmaqla bərpa edilib. Yumşalmalara baxmayaraq, məktəblərdə əyani tədrisin təşkilinə, kafe və restoranlarda yerində xidmətlərin göstərilməsinə qoyulan qadağa qüvvədə saxlanılıb. Tədris mərkəzlərinin, internet-kafelərin, əyləncə mərkəzlərinin fəaliyyətinin bərpası qarşıdakı günlərdə nəzərdə tutulub. Qapalı və nəzarət olunan zonalardan kənardakı ticarət mərkəzləri müştəri izdihamına yol verməmək şərtilə mayın 29-dan fəaliyyətini bərpa edib. Son bir həftə ərzində yoluxma aşkarlanmayan rayonlarda kitabxana, muzey, kinoteatr və qalereyaların, digər mədəniyyət və idman obyektlərinin fəaliyyətinə icazə verilib. Həmin obyektlər potensialının yarısı həcmində ziyarətçi qəbul edə bilər.
Qeyd edək ki, Çində COVID-19 pandemiyasınn “omikron” dalğasında aprelin 22-dən paytaxt Pekində virusa sutkalıq yoluxmalar çoxalmağa başlayıb. Virusla mübarizə tədbirləri çərçivəsində mayın 1-dən etibarən şəhərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb. Sonradan karantin rejimi bir neçə dəfə sərtləşdirilib, yeni qadağa və məhdudiyyətlərin tətbiqinə başlanılıb. Ötən sutka Pekində 14, aprelin 22-dən bəri isə ümumilikdə 1730 yoluxma aşkarlanıb. Hazırda Pekində 7 yüksək, 16 orta riskli zona var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm