Peter Magyar: Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcək

Macarıstan NATO-ya Ukraynaya silah və hərbi texnika göndərməyəcəyini bir daha bəyan edib.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Magyar NATO Baş katibi Mark Rütte ilə Brüsseldə keçirdiyi görüşdən sonra açıqlama verib.

Madyar bildirib ki, Budapeşt Rusiya-Ukrayna münaqişəsi zonasına silah tədarükündə iştirak etməyəcək.