
Politoloq: Ermənistanda referendumun keçirilməsi zəruridir
Yusif Nəzərli
04:00 20.11.2024
Dünya
417
Nikol Paşinyan "Müstəqillik Bəyannaməsi"ndən Azərbaycana qarşı ərazi iddialarını çıxaracaq
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin müstəqillik bəyannaməsini tənqid edib. Həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddiası var. “Past” qəzeti yazıb ki, Baş nazir Nikol Paşinyanın parlamentdə verdiyi bəyanatlar Ermənistan Respublikasının buraxıldığını və Müstəqillik Bəyannaməsinin ləğvini elan etmək demək idi. Nəşrə görə, bəyannamənin rədd edilməsi açıq şəkildə Bakının tələbinin qəbul olunduğu mənasına gəlir: “Paşinyan son illərdə bəyannaməni dəfələrlə oxuduğunu və bu sənədin Ermənistanın mövcudluğunu şübhə altına aldığını dedi. O, bunu ermənilərin ən böyük problemi və faciəsi adlandırıb. Yəni baş nazir Ermənistan Konstitusiyasında bəyannamənin preambulasına istinadı silməyə çalışacaq, qərarı artıq verib. Bu, açıq şəkildə Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini yerinə yetirməkdir. Beləliklə, ötən gün Paşinyan sözügedən tələbi qəbul etdiyini açıqlamış oldu”. Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan Ermənistandan sülh müqaviləsi üçün referendum keçirilməsini tələb etməlidir. Ekspert bildirib ki, Paşinyanın 1989-cu ildə qəbul edilən "Müstəqillik Bəyannaməsini" ölkəsinin inkişafına başlıca əngəl olduğunu qeyd etməsi önəmli addımdır:

"Əlbəttə ki, 1989-cu ilin siyasi prosesləri ilə indiki siyasi nizam tam fərqlidir. Ermənistanın "Müstəqillik Bəyannaməsi" Azərbaycana qarşı ərazi iddialarına əsaslanır. Həmçinin Türkiyəyə qarşı əsassız bəndlər yer alıb. Ermənistan rəhbərliyinin qüvvədə olan qanunvericilik bazasından və "Müstəqillik Bəyannaməsi"ndən bu bəndləri çıxarması mümkündür və gözlənilir. Məhz Paşinyanın parlamentdə "Müstəqillik Bəyannaməsi"ni pisləməsi sıradan hadisə deyil. Bu, Azərbaycan və Ermənistan arasında sülhü əngəlləyən başlıca sənəddir. Təbii ki, Nikol Paşinyan "Müstəqillik Bəyannaməsi"ndən Azərbaycana qarşı ərazi iddialarını çıxaracaq. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir. Çünki "yekun sülh" müqaviləsini təhdid edəcək heç bir hüquqi baza olmamalıdır".
Analitik vurğulayıb ki, referendumun keçirilməsi zəruridir:
"Ermənistan əhalisi sülhə zəmanət verməlidir. Referendum Ermənistan ictimaiyyətinin sülh gündəminə dəstək verib-verməməsini göstərəcək. Ermənistanda hökumət dəyişikliyi olarsa, revanşistlər Paşinyanın mövcud sülh müqaviləsini tanımaya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət