Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ən ali dövlət mükafatı olan "Ağ qartal" ordenindən məhrum edilməsi təşəbbüsünü dəstəkləyib.
Bu barədə RMF24 məlumat yayıb.
Navrotski bildirib ki, məsələ iyunun 8-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq. O qeyd edib ki, yekun qərarı özü verəcək.
“Prezident Zelenski göstərdi ki, Ukrayna UPA (Ukrayna Üsyançı Ordusu – red.) ilə bağlı yanaşmasına görə hələ Avropa ailəsinin bir hissəsi olmağa hazır deyil”, – Navrotski əlavə edib.