Qazaxıstanı kim “qaynadır”? – İğtişaşlar təsadüfi deyil
Turan
10:08 12.02.2020
Dünya
750
“ABŞ dövlət katibinin Rusiyanın perferiyasında olan dövlətlərə səfəri çərçivəsində Qazaxıstanda ölümlərlə nəticələnən iğtişaşlar təsadüfi deyil”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, bu, Qazaxıstan hakimiyyətinə ABŞ siyasətində diqqətli olmasının mesajının verilməsi idi:
“Mərkəzi Asiya uğrunda Rusiya, Çin və ABŞ mübarizə aparır. Əsasən Çin burada iqtisadi imkanlara, Rusiya isə siyasi mövqeyə malikdir. Vaşinqtonun burada təsiri hər iki ölkədən daha güclü ola bilər. Ölkələr əsasən Amerika ilə əməkdaşlıqda maraqlı görünür. Qazaxıstanın burada əsas regional güc olduğunu nəzərə alsaq, Vaşinqtonun bu ölkə üzərindən Mərkəzi Asiyanı nəzarətə almaq cəhdlərinə qarşı Rusiya və Çin birlikdə mübarizə aparıb, dirəniş göstərəcəklər. Bu gün Qazaxıstan cəmiyyətində ciddi parçalanmalar var. Çin və Rusiya kifayət qədər öz mövqeyini gücləndirib. Bu illər ərzində elbaşı Nursultan Nazarbayevin balanslı siyasəti və nüfuzu ölkədə siyasi sabitliyin əsas qarantı idi. Nazarbayevdən sonra ölkədə siyasi sabitliyin pozulması halları baş verə bilər.
Prezident Tokayev Qazaxıstanda siyasi sabitliyə yalnız Nazarbayevin dəstəyi ilə nail olur. Mərkəzi Asiya yeni dünya nizamının formalaşması mərhəsləsində cidi siyasi katakalizmlərə məruz qala bilər. Yalnız güclü siyasi hakimiyyət və Rusiyanın tam nəzarəti nəticəsində regionda xaosun qarşısı alına bilər”.
Qeyd edək ki, fevralın 8-nə keçən gecə Qazaxıstanın cənubunda kütləvi iğtişaşlar baş verib. İğtişaşlar nəticəsində 30-dan çox yaşayış evi yandırılıb, 50 nəfər saxlanılıb. İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayevin sözlərinə görə, iğtişaşlara məişət səviyyəsində insident səbəb olub, lakin provokatorlar vəziyyəti milli münasibətlər müstəvisinə keçirmək istəyiblər. Baş verənlərin araşdırılıb hüquqi qiymət verilməsi üçün Qazaxıstan Prezidentinin tapşırığı əsasında Baş nazirin müavini Berdibek Saparbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm