“Reuters”: Hindistan Rusiya neftinin idxalını kəskin azaltmağı planlaşdırır
15:26 23.10.2025
Dünya
424
Rusiyanın iki aparıcı neft istehsalçısına qarşı Amerika Birləşmiş Ştatlarının (ABŞ) tətbiq etdiyi yeni sanksiyalardan sonra Hindistanın neft emalı zavodları Rusiya neftinin idxalını kəskin azaltmağa hazırlaşır.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, mənbələrin məlumatına görə, bu addım ABŞ-la ticarət sazişi bağlamağa mane olan əsas əngəli aradan qaldıra bilər.
Dəyişiklik Hindistanın ABŞ-yə ixrac olunan məhsullarına 50 faizlik gömrük rüsumu tətbiq edildiyi, bu rüsumların yarısının isə Rusiya neftinin alınmasına cavab olaraq müəyyənləşdirildiyi bir vaxtda baş verir. Hazırda Hindistan Rusiyanın xam neftinin idxalını azaltmaq müqabilində həmin rüsumların Asiya ölkələrinə tətbiq edilən səviyyəyə endirilməsini nəzərdə tutan mümkün ticarət sazişi ilə bağlı danışıqlar aparır.
Rusiya-Ukrayna müharibəsindən sonra Hindistan dəniz yolu ilə endirimli qiymətə satılan Rusiya xam neftinin ən böyük alıcısına çevrilib. Bu ilin ilk 9 ayında ölkə gündəlik təxminən 1,7 milyon barel neft idxal edib.
ABŞ sanksiyaları Rusiyanın iki ən böyük neft istehsalçısı olan “LUKoyl” və “Rosneft” şirkətlərinə yönəlib.
Hindistanın dövlətə məxsus neft emalı müəssisələri olan “Indian Oil Corporation”, “Bharat Petroleum Corporation” və “Hindustan Petroleum” ABŞ sanksiyalarından sonra “Rosneft” və “LUKoyl”dan birbaşa tədarüklərin qarşısını almaq məqsədilə Rusiya ilə neft ticarəti üzrə sənədləri yenidən nəzərdən keçirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual