
Rusiya Ukraynada referendumu gerçəkləşdirə biləcəkmi? – ŞƏRH
Yusif Nəzərli
12:33 26.09.2022
Dünya
657
“Rəsmi Moskva iqtisadi sanksiyaların ağırlığına baxmayaraq müharibəni bitirmək üçün referendumu gerçəkləşdirəcək”
“Referendumun ardınca isə Qərb ölkələrini hərbi yardımları dayandırmağa, Avropa ölkələrini isə neft-qaz danışıqları aparmağa məcbur edəcəklər”
Yaponiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.Onlar müdafiə sənayesi ilə bağlı 21 təşkilatı siyahıya əlavə edib və kimyəvi silah istehsalı ilə bağlı malların tədarükünə qadağa qoyub. Bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Xatırladaq ki rəsmi Tokyo ötən həftə sanksiyaları genişləndirəcəyini açıqlamışdı. O, bunu qondarma Donetsk və Luqansk “respublika”ları, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək bağlı “referendum” keçirməklə izah edib. Yeni sanksiyaların oktyabrın 3-dən qüvvəyə minəcəyi deyilir.

Sanksiyların Rusiyayı geri çəkilməyə məcbur edə bilməyəcəyini deyən siyasi şərhçi Turab Rzayev “Sherg.az”abildirib ki, rəsmi Moskva bütün bunlara hazırlıqlı idi:
“Kremlə qarşı sanksiyaların davamlı olacağını düşünürəm. Xüsusilə də Qərbdən və anglo-sakson ölkələrindən böyük sanksiyalar gözlənilir. Digər tərəfdən Avropa İttifaqı da qanun pozulmasına qarşı prosesə qoşulacağını bildirib. Buradakı əsas mövzu isə sanksiyalardan sonra Rusiyanın Xerson və Zaporijyeni öz ərazisi kimi elan etmək cəhdidir. Bunun ardınca isə həmin arazilərə hüçum, rəsmi Moskvaya hücum kimi qiymətləndiriləcək.
Sual yaranır ki, bəs Qərb Ukraynanı əvvəlki kimi dəstəkləyə biləcəkmi? Çünki onu dəstəkləmək və silahların ötürülməsi, rəsmi Kiyevin Rusiya ərazisinə hərbi təcavüz kimi qiymətləndiriləcək. Bununla da Qərb də Kremlin ərazisinə hücum etmiş hesab ediləcək. Ümümilikdə isə referendum bu rəsmi Moskvanın son şansıdı və onlar dünyanı nüvə silahı ilə hədələmək üçün sözügedən məsələyə əl atıb.
Belə qənaətə gəlmək olar ki, hansısa iqtisadi sanksiya Kremli dayandıra bilməyəcək. Ona görə ki, indiki vəziyyətdə Rusiya məğlubiyyətini etiraf edib geri çəkilməlidir. Bu da onlar üçün çöküşə bərabərdir.Rəsmi Moskva iqtisadi sanksiyaların ağırlığına baxmayaraq müharibəni bitirmək üçün referendumu gerçəkləşdirəcək.
Referendumun ardınca isə Qərb ölkələrini hərbi yardımları dayandırmağa, Avropa ölkələrini isə neft-qaz danışıqları aparmağa məcbur edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm