Rusiya və Ukrayna arasında girov mübadiləsi olub

Əldə olunan razılaşmaya əsasən Rusiya və Ukrayna Belarus vasitəsi ilə 15 girovu qarşı tərəfə veriblər.

Teleqraf TASS-a istinadən xəbər verir ki, mübadilə Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Tatyana Moskalkova və onun ukraynalı həmkarı Dmitri Lubinets arasında razılaşdırılmış humanitar aksiya çərçivəsində həyata keçirilib.

Ailələrinə təhvil verilən şəxslərin əksəriyyəti qadındır.