Rusiyada çağırışçı hərbi komissarı güllələdi - FOTO/VİDEO
Yusif Nəzərli
07:19 26.09.2022
Dünya
519
Rusiyanın Ust-İlimsk şəhərində 25 yaşlı gənc hərbi komissarlıqda atəş açıb.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Bildirilir ki, çağırışçı səfərbərliyə göstəriş verən hərbi komissara ov tüfəngindən atəş açıb.
Nəticədə hərbi komissar Aleksandr Yeliseyev ağır yaralanıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Atəş açan şəxs saxlanılıb. Onun 25 yaşlı Ruslan Zinin olduğu üzə çıxıb.
Şahidlərin sözlərinə görə, Zinin əvvəlcə çağırışçılara evə qaçmalarını qışqırıb, sonra atəş açıb.
Daha bir hadisə isə Uryupinsk şəhərində yaşanıb. Belə ki, Mixail Filatov səhər saat dörd radələrində hərbi komissarlığın binasının qarşısına VAZ markalı avtomobilini park etdikdən sonra onu yandırıb.
Polisin məlumatına görə, qanun pozucusunda azı 10 şüşə yanacaq olub.
Yanğın 100 kvadrat metr sahəni əhatə etsə də, xəsarət alan olmayıb. Sənədlərin olduğu hissəyə də zərər dəyməyib. Yanğın törədən şəxs tez bir zamanda yaxalanıb.
Filatov etiraf edib ki, öz hərəkəti ilə Ukraynadakı müharibəyə münasibətini göstərmək istəyib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında dərc olunub. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb. Bundan başqa Putin sentyabrın 24-də Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm