
Rusiyada MDB ölkələrindən olan miqrantlar səfərbərliyə cəlb olunacaqlar? – GÖRÜŞ
Yusif Nəzərli
12:33 27.09.2022
Dünya
640
Sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin və MDB dövlətlərinin kəşfiyyat xidmətlərinin rəhbərləri onlayn formatda görüşəcəklər.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. Tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndələri iştirak edəcəklər.
Növbəti gün isə Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin iclası keçiriləcək.

Görüşü şərh edən politoloq Samir Hümbətov “Sherg.az” a bildirib ki, bu, heç də təsadüfi deyil:
“Rusiya-Ukrayna müharibəsi davam edir. Rusiyanın bu savaşdakı məğlubiyyəti artıq sürətlənir. Bu da rəsmi Moskvanın beynəlxalq nüfuzunun ciddi şəkildə zədələnməsi deməkdir. Cənubi Qafqazdakı proseslər də demək olar ki, nəzarətdən çıxmaq üzrədir. Ermənistanın tez-tez atəşkəsi pozması regionda gərginliyin artmasına səbəb olub. Digər tərəfdən isə Mərkəzi Asiyada Qırğızıstan-Tacikistan arasındakı gərginlik yüksək həddə çatmaqdadır. Mütəmadi olaraq orda da sərhəd toqquşmaları baş verir. Başqa bir şəkildə Baltikyanı ölkələrdən aşağıda Ukrayna sərhədinə qədər olan ərazilərdə də vəziyyət yaxşı görsənmir. Eyni zamanda Gürcüstan da narahatlıq hiss olunur. Cənubi Osetiya və Abxaziya ilə bağlı məsələlər yenidən gündəmə gəlib. Düşünürəm ki, Putinin belə bir addım atmasının əsas səbəbi bütün bu proseslərdir. Yəqin ki, onda Qərb ölkələri və yaxud da ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətinin bu ərazilərdə prosesləri yenidən alovlandırmağa çalışması ilə bağlı məlumatlar var. Bu da təbii ki, Rusiyanın təhlükəsizliyi üçün böyük təhdiddir”.
S.Hümbətov onu da əlavə edib ki, indi Rusiya daxilində artıq bir neçə şəhərdə türk, müsəlman əsilli şəxslərin yaşadığı bölgələrdə gərginliklər ən yüksək səviyyəyə çatıb:
“Səbəb isə sentyabrın 21-də Rusiya prezidentinin qismən səfərbərliklə bağlı verdiyi sərəncamdır. Burda bir başqa nüans isə Rusiyada xeyli sayda MDB ölkələrindən olan miqrantların yaşamasıdır. Yayılan məlumatlara görə onların ordu sıralarına cəlb olunması gözlənilir. Düşünürəm ki, Putinin belə bir görüş keçirməsi ilk növbədə onun bütün bu məsələlər aydınlıq gətirmək istəyi ilə bağlıdır. O postsovet ölkələrinin Rusiyaya qarşı artan təzyiq fonunda hansı reaksiya verməsini müşahidə etmək istəyir. Putinin özü də keçmiş KKB agentidir. Hər halda KKB agentinin digər təhlükəsizlik orqanlarının nümayəndələri ilə sözünün uyğunlaşması daha rahat olur. Səhv etmirəmsə, belə bir görüş ilk dəfədir keçirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm