“Taliban”ın 5 min tərəfdarı həbsdə qalacaq
11:45 01.03.2020
Dünya
554
Xəbər verdiyimiz kimi, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" liderinin müavini, Qətərin siyasi nümayəndəliyinin rəhbəri Abdullah Qəni Baradar Doharda görüşüb. Onlar ABŞ ilə "Taliban" arasında sülh sazişinə imza atıblar. Şənbə günü baş tutan imzalanma mərasimi zamanı Xəlilzad və Baradar bir-birinin əlini sıxıb.
Musavat.com bildirir ki, "Reuters" agentliyinin bugünkü xəbərində isə deyilir ki, ortada olan müqaviləyə baxmayaraq, Əfqanıstan prezidenti Əşrəf Qani həbsdə olan 5 min "Taliban" döyüşçüsünü azadlığa buraxmaqdan imtina edib. Halbuki bağlanmış müqavilədə onların azad edilməsi nəzərdə tutulub.
Əfqanıstan prezidenti Kabil şəhərində keçirdiyi mətbuat konfransı zamanı bununla bağlı bəyanat verib: "Əfqanıstan hökuməti 5 min "Taliban" məhbusunu sərbəst buraxmaq öhdəliyini götürməyib".
Bu arada isə İran ABŞ-ın Əfqanıstanla bağlı saziş imzalaması üçün heç bir hüquqi əsası olmadığını söyləyib.
ABŞ-"Taliban" müqaviləsinə görə, martın 10-dək Əfqanıstan hökumətinin əsir götürülmüş minə qədər nümayəndəsi müqabilində 5 minə qədər həbsdə olan "Taliban" tərəfdarı sərbəst buraxılacaq.
Prezident deyib ki, "ABŞ bu məsələ ilə bağlı qərar vermək səlahiyyətində deyil, bu işdə yalnız köməklik edə bilər".
Agentlik xatırladır ki, tərəflər arasında müqavilə ABŞ dövlət katibi Maykl Pompeonun iştirakı ilə imzalanıb. Mərasimdən sonra Baradar Dohada Norveç, Türkiyə və Özbəkistan xarici işlər nazirləri, Rusiya, İndoneziya və qonşu xalqların diplomatları ilə görüşüb. Bu isə "Taliban"ın beynəlxalq səviyyədə legitimliyinin təminatı anlamına gəlir.
Bu arada isə ABŞ prezidenti Donald Tramp sözügedən müqavilə ilə bağlı tənqidləri rədd edib və yaxın gələcəkdə "Taliban" liderləri ilə görüşəcəyini bildirib.
Razılaşmaya əsasən, Vaşinqton 13 gün ərzində Əfqanıstandakı qoşunlarının sayını 13 min nəfərdən 8.600-ə endirməlidir. Hər şey müqaviləyə uyğun gedərsə, ABŞ və koalisiya qüvvələri 14 ay ərzində Əfqanıstandan çıxarılacaq.
"Reuters" bildirir ki, 2001-ci ildə hakimiyyətdən kənarlaşdırıldıqdan sonra "Taliban" ABŞ-a qarşı şiddətli müqavimət göstərib və bu, 18 ildir ki, davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya