TASS: Türkiyədə danışıqların başlanma vaxtı hələ də qeyri-müəyyəndir

Hazırda İstanbulda baş tutacaq danışıqların başlanma vaxtı ilə bağlı heç bir aydınlıq yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bundan öncə bildirmişdi ki, Rusiya nümayəndə heyəti artıq İstanbuldadır və danışıqlara başlamaq üçün Ukrayna tərəfini gözləyir.