Tehran regionda zəif halqadır
Yusif Nəzərli
22:36 01.11.2022
Dünya
816
İranın molla rejimi son zamanlar Ermənistanın və onun xalqının taleyi ilə oynamağa çalışır
Ermənistan Baş naziri Nikol Paşinyan İranda səfərdədir. Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. İran və Ermənistan arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilir. İran Prezidenti İbrahim Rəisi deyib ki, Qafqaz regionu İran tarixinin, sivilizasiyasının və mədəniyyətinin bir hissəsidir, biz Qafqaz regionuna həssas yanaşırıq: "Qafqazda təhlükəsizlik və sülh İran üçün çox önəmlidir. Bugünkü danışıqlarda belə qənaətə gəldik ki, regional məsələlərin həlli region ölkələrinin əlində olmalıdır və xaricilərin müdaxiləsi nəinki problemləri həll etmir, həm də digər çətinliklər yaradır. Qafqazın imkanları bu regionda təhlükəsizliyə və sülhə zəmanət verə bilər. Ümid edirik ki, bu görüşdə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılacaq”.
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli "Şərq"ə bildirib ki, rəsmi Tehranın son zamanlar “regionda sərhədlərin dəyişməsinə yol verə bilmərik” və Qafandakı baş konsulluğun açılması ilə “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün buradayıq” kimi səs-küy salmasıdır: "İran tərəfinin dili ilə desək, bu, erməni və fars xalqları arasındakı min illik qardaşlığın bəhrəsidir, amma bu səsin sədası nə qədər uzaqlara yayıla bilər? Bugünkü dünyadan faktiki olaraq təcrid edilmiş, sanksiyalar altında yaşayan İranın molla rejimi son zamanlar “əzələ (güc) nümayişi” üçün Ermənistanın və onun xalqının taleyi ilə oynamağa çalışır. Bəlli məsələdir ki, İranın Azərbaycandan nə qədər silah-sursatı çox olsa da, bir o qədər də siyasi cəhətdən Azərbaycandan zəifdir.
İranın bugünkü şərtlərdə Türkiyə, Rusiya və AB üçbucağında uğurlu balans yaradan Azərbaycan üzərindən regionda çox fəal rol oynaması mümkün deyil. Ona görə də Tehran regionda zəif halqa olan, düşdüyü vəziyyətdən çıxış yolu və yeni dəstək axtaran Ermənistan üzərindən fəal rol oynamağa çalışır. Bunun üçün də Ermənistanın dəstəkçisi olmaqdadır və ermənilərin Zəngəzur həssasiyyətini mühüm bir vasitə kimi fəal istifadə etməkdədir. Ermənistanı dəstəkləmək və Zəngəzur üzərindən gərginlik yaratmaq Qərbdəki erməni diasporunun dəstəyini almaq və imicini yeniləmək baxımından Tehran rejiminə mühüm fürsətlər verir. İranın Qafqazda gərginlik yaratmaq xaricində regionda rolunu ciddi olaraq fəallaşdırmaq imkanı yoxdur. Tehran nə ideolojik gücü, nə də iqtisadi şərtləri ilə regionda uğur qazana bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm