ABŞ Prezidenti Donald Tramp ulduz futbolçu Kriştianu Ronaldunu qəbul edib.
Teleqraf xəbər verir ki, Tramp portuqaliyalı hücumçu ilə görüş zamanı onu tərifləyərək "tarixin ən yaxşı futbolçusu" adlandırıb.
Ronaldunun Trampla görüşü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səudun Ağ Evə rəsmi səfəri zamanı baş tutub.
Ağ Evdə ilk dəfə olan Kriştianu Ronaldu Trampla qısa söhbət edib, daha sonra isə iqamətgahı gəzib.
Qeyd edək ki, Kriştianu Ronaldu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.