Türkiyə Şaraaya görə hərəkətə keçib

Türkiyə Suriya Prezidenti Əhməd Şaraanı İŞİD terror təşkilatından qorumaq üçün Böyük Britaniyadan kömək istəyib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Agentlik bildirib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) bu məqsədlə Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti MI6-ya müraciət edib.