Ukrayna MDB-nin bir sıra sazişlərindən ÇIXDI
16:21 22.05.2022
Dünya
450
Ukrayna Müstəqil Dövlətlər Birliyinin (MDB) bir sıra sazişlərindən çıxıb.
Sherg.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı deputatı Yaroslav Jeleznyak özünün Teleqram kanalında məlumat yayıb.
O, bildirib ki, Ali Rada bu gün bu sazişlərdən çıxmaq üçün səs verib. Belə ki, deputatlar 287 səslə Ukraynanın "Qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq haqqında" sazişdən, 274 səslə isə "Böyük Vətən müharibəsində MDB iştirakçısı olan dövlətlərin xalqlarının igidlik və qəhrəmanlıq xatirəsinin əbədiləşdirilməsi haqqında" sazişdən çıxmasını dəstəkləyiblər.
Xüsusilə, 1999-cu ilin birinci müqaviləsində nəzərdə tutulmuşdu ki, müqavilənin tərəflərindən birinə digər tərəfin ərazisindən qeyri-qanuni miqrantlar gəldikdə, bu barədə müvafiq sübutlar olduqda, həmin şəxslər başqa yerə köçürülür.
Qeyd edək ki, fevral ayında Ukrayna MDB çərçivəsində bağlanmış mülki aviasiya və hava məkanından istifadə haqqında sazişlərdən çıxıb. Aprel ayında da Ukrayna MDB çərçivəsində inkişaf etməkdə olan ölkələrdən malların mənşəyinin müəyyən edilməsi qaydaları ilə bağlı razılaşmadan çıxıb.
Hökumət gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il aprelin 15-də imzalanmış sazişdən çıxmaq barədə qərarı təsdiq edib. 2021-ci ilin yayında Ukrayna MDB-yə üzv dövlətlər arasında istehlakçıların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın əsas istiqamətləri haqqında sazişdən çıxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət