Ukraynada yenidən hökumət böhranı yaşanır
15:02 03.03.2020
Dünya
531
Bu gün Ukraynada ən çox müzakirə olunan məsələlərdən biri Nazirlər Kabinetinin buraxılmasıdır. Bununla bağlı Ukrayna Ali Radasında Prezident Vladimir Zelenskinin iştirakı ilə növbədənkənar sessiyanın keçiriləcəyi gözlənilir. Sessiyada Baş Nazir Aleksey Qonçarukun istefaya göndərilməsi məsələsinin müzakirəyə çıxarılacağı ehtimal edilir.
Onsuz da ilin əvvəlində hakimiyyət dövlət büdcəsində kəsirlə üzləşib. Əsas problemlər Ukraynanın milli valyutası olan qrivnanın məzənnəsinin möhkəmlənməsi və hökumətin iqtisadi inkişafla bağlı gözləntilərinin üst-üstə düşməməsidir. Koronavirus səbəbindən maliyyə bazarlarında yaşanan çaxnaşma Nazirlər Kabinetinin problemlərini daha da artırıb, məmurları dövlət büdcəsinə yenidən baxılması barədə ciddi düşünməyə və bəzi qeyri-sosial xərcləri təxirə salmağa məcbur edib. Aleksey Qonçaruk hökumətində dövlət büdcəsi ilə bağlı yaranan problem Prezident Ofisini Baş Nazirin işini qeyri-qənaətbəxş qiymətləndirilməsinə səbəb olub. Digər tərəfdən, Aleksey Qonçarukun bir müddət öncə Nazirlər Kabinetində keçirilən iclasda gizli səsinin yayılması və orada özünün iqtisadiyyatda naşı olmasını etiraf etməsi hökumətə etibarsızlığı daha da artırıb. Düzdür, Baş Nazir istefa ərizəsi yazsa da, Zelenski istefanı qəbul etmədi. Ancaq işində dönüş yaratmaq üçün ona vaxt verildi. Görünür, verilən müddət bitib, lakin Qonçaruk vədlərini yerinə yetirə bilməyib.
Hakim “Xalqın xidmətçisi” partiyasının deputatları mətbuata açıqlamalarında hökumətdə təmsil olunan bəzi nazirlərin dəyişəcəyini də anons edirlər. Fevralın 2-də hakim partiyada Prezident Vladimir Zelenskinin iştirakı ilə xüsusi iclas keçirilib. İclasda hökumətdə kadr islahatları ilə bağlı məsələlər müzakirə olunub. Sözsüz ki, hökumət yenidən formalaşacağı təqdirdə bəzi nazirlərin yenilənəcəyi mümkündür. Yeri gəlmişkən, Zelenski hakimiyyətinə ən çox etiraz Daxili İşlər naziri Arsen Avakovla bağlıdır. Bununla əlaqədar Ali Radanın və Prezident Ofisinin qarşısında dəfələrlə etiraz aksiyası keçirilib. Aksiyaçılar Avakovun istefaya göndərilməsini sərt şəkildə tələb ediblər.
Görünən budur ki, Nazirlər Kabineti bir ildə Zelenskinin etimadını doğrulda bilməyib. Aparılan rəy sorğuları da Ukrayna vətəndaşlarının Qonçaruk hökumətinə etimadının çox aşağı səviyyədə olduğunu göstərir. (azərtac)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya