
Ukraynaya texnologiya, Avropaya ödəniş: Tramp “Patriot” planını işə salıb
11:25 14.07.2025
Dünya
368
Tramp ABŞ-nin maraqlarını əvvəlki kimi "Amerika mərkəzli" şəkildə müdafiə edir
Bu, müharibəyə qoşulmaq deyil, müharibəni idarə etmək istəyidir
Ukraynanı “Patriot” zenit sistemləri ilə təmin etmək niyyətindəyik, sistemlərin pulunu isə Avropa ölkələri ödəyəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz onlara çox ehtiyacı olan “Patriot”ları göndərəcəyik, çünki Putin çoxlarını təəccübləndirib. O, yumşaq danışır, sonra axşam hamını bombalamağa başlayır. Amma burada kiçik bir problem var: xoşuma gəlmir. Prinsipcə, biz onlara çox mürəkkəb hərbi texnikanın müxtəlif nümunələrini göndərəcəyik. Onlar pulunu ödəyəcəklər, 100%”, - o bildirib.
Qeyd edək ki, ötən həftə də Tramp artıq Ukraynaya “Patriot” tədarük etmək niyyətində olduğunu bildirmiş və sistemlərin pulunu NATO-nun ödəyəcəyini açıqlamışdı.
Politoloq Turan Rzayev “Sherg.az”a deyib ki, Donald Trampın son açıqlamaları, xüsusilə Ukraynaya “Patriot” zenit-raket sistemləri göndərilməsi ilə bağlı verdiyi vəd onun xarici siyasət mövqeyində nəzərəçarpacaq dəyişiklik kimi görünə bilər:

“Tramp keçmişdə “Putinə anlayış göstərən lider” kimi tanıdıb, bu gün isə Rusiya Prezidenti haqqında tənqidi danışır və Ukraynaya yüksək texnologiyalı hərbi yardım vəd edir. Lakin bu dəyişiklik yalnız zahiri səviyyədədir. Əslində Tramp ABŞ-nin maraqlarını əvvəlki kimi "Amerika mərkəzli" şəkildə müdafiə edir.
Trampın "biz göndərəcəyik, amma pulunu Avropa ödəyəcək" deməsi bu yanaşmanı çox açıq şəkildə göstərir. Yəni bu dəstək siyasi, texnoloji və diplomatik baxımdan Ukraynanın tərəfində dayanmaq olsa da, onun əsas motivasiyası yenə də iqtisadi yükgötürməmə və ABŞ-nin birbaşa hərbi riskdən uzaq qalmasıdır. Tramp üçün bu, müharibəyə qoşulmaq deyil, müharibəni idarə etmək istəyidir”.
Politoloqun sözlərinə görə, “Patriot” sistemlərinin Ukraynaya göndərilməsi taktiki səviyyədə ciddi əhəmiyyət daşıyır:
“Ukraynanın şəhərləri və enerji infrastrukturu Rusiya raket hücumlarının əsas hədəfinə çevrilib. “Patriot” sistemləri hava hücumlarından müdafiə qabiliyyətini artıraraq Ukraynanın əks-hücum potensialını gücləndirə bilər. Xüsusilə də Qərbin göndərdiyi “F-16” qırıcılarının işlək qalması üçün hava məkanının qorunması həyati əhəmiyyət daşıyır. Yəni bu yardım hərbi baxımdan Ukraynaya real üstünlük gətirəcək. Hətta Rusiya üçün yeni itkilər və daha uzunmüddətli müqavimət deməkdir. Lakin bu yardımın geopolitik tərəfi daha dərin mesaj daşıyır. Trampın Ukraynaya açıq şəkildə yardım göstərməsi onu Rusiya ilə “sakit anlaşma” içində görmək istəyən dairələrə zidd mövqe kimi görünür. Halbuki bu dəstəyin arxasında Trampın NATO-ya yönəlik illərdir davam edən tənqidi də var. Yəni Tramp Ukraynanı silahla təmin edir, amma bu jestin siyasi qiymətini Avropa dövlətlərindən çıxarır. Bu həm NATO içində gərginliyi artırır, həm də ABŞ-nin liderlik mövqeyini gücləndirir. Trampın bu addımı birbaşa müharibənin taleyini dəyişmək gücündə olmasa da, Ukraynanın müdafiə qabiliyyətini artırmaqla Rusiyanın manevr imkanlarını məhdudlaşdıra bilər. Bu isə ən azı qısamüddətli mərhələdə münaqişənin donmamasına və gərginliyin saxlanmasına səbəb olacaq”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur