Zaxarova: Rusiya-Ukrayna danışıqları davam edəcək

Rusiya və Ukrayna arasında danışıqlar dayandığı yerdən davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Zaxarova qeyd edib ki, 2022-ci ildə Böyük Britaniyanın təzyiqi ilə Kiyev danışıqlardan geri çəkilmişdi və indi proses həmin nöqtədən davam etdiriləcək.