Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Ukraynada ədalətli sülhün yollarını müzakirə edəcəyik.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın Baş naziri Pedro Sançeslə Madriddə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Sabah (bu gün) Prezident Ərdoğanla görüşəcəm. İlk növbədə, Ukrayna üçün ədalətli sülhün təmin olunmasının yolları müzakirə edəcəyik. Məncə, bu, kifayət qədər məzmunlu söhbət olacaq. Türkiyə Prezidenti ilə yaxşı münasibətim var. ABŞ-dən bəzi yeni mesajlat var. Onları da cənab Ərdoğanla müzakirə edəcəyik", - deyə Zelenski bildirib.