Nəriman Əbdülrəhmanlı: “Tanınmış yazıçılar təkcə necə yazmaqdan yox, necə yazmamaqdan da söz açır”
Yusif Nəzərli
15:03 04.01.2024
Ədəbiyyat
1673
Yazmamağı da öyrənmək lazımdır
Görkəmli yazıçı, publisist, tərcüməçi və ssenarist Nəriman Əbdülrəhmanlı yeni ilin ilk günlərində yen kitabını təqdim edib. Kitab “Yazı sənəti” (Yazı və yazmağın sirləri haqqında. Ustad dərsləri) adlanır. Müəllifi məhz belə bir əsəri tərcümə etməyə nə sövq edib?
O “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu kitab topludur:
- Uzun illər ərzində qəzet-jurnallarda, sosial şəbəkələrdə məşhur yazıçıların yaradıcılıq sualları, yazı və yazmağın sirləri haqqında fikirlərini, düşüncələrini, məqalələrini çevirib dərc etdirmişəm. Sonra da həmin materialları toplayıb tərtib eləmək, oxuculara çatdırmaq qərarına gəldim. Nəticədə belə bir toplu yarandı və naşir Şahbaz Xuduoğlu həvəslə çap elədi.
N. Əbdülrəhmanlı nəşr olunan bu kitabı Amerika yazıçısı Stiven Kinqin eyni adlı əsəri ilə qarışdırmamağı məsləhət gördü:
- Stiven Kinqin "Yazı ənəti" adlı essesi var, vaxtilə tərcümə və nəşr edilib. Bəziləri səhvən belə düşünüb ki, mən həmin əsəri tərcümə etmişəm. Belə deyil. Stiven Kinqin kkitabından fərqli olaraq hazırladığım bu topluda müxtəlif yaradıcılıq üsullarına malik onlarla məşhur yazıçının düşüncələri əksini tapıb ki bu da ümumiyyətlə, yaradıcılığın həddən artıq fərqli yolları olduğunu sübuta yetirir.
N.Əbdülrəhmanlı bildirdi ki, toplu, əsasən, yaradıcılıq yoluna qədəm qoyan, formalaşma prosesi keçirən, daim təkmilləşməyi, yaradıcılıq üslubunu cilalamağı sevən qələm sahibləri üçün çox faydalıdır:
- Çünki tanınmış yazıçılar təkcə necə yazmaqdan yox, necə yazmamaqdan da söz açırlar ki, bu da gənc yaradıcılar üçün olduqca vacibdir. Yəni, yazmaq istəyənlərə bəzən yazmamağı da öyrətmək lazımdır. Əzab çəkməsinlər deyə.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm