
Politoloq: Regionda sabitlik Bakı-Tiflis-İrəvan əməkdaşlığından keçir
10:23 17.04.2025
Cənubi Qafqaz
410
Tbilisidə Gürcüstan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşü keçirilir.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, iclası Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
O, Cənubi Qafqazın strateji rolu, regionun potensialı və əməkdaşlıq formatları barədə danışıb. O, üçtərəfli görüşün keçirilməsinin Gürcüstanın regional əməkdaşlığın inkişafına və ümumi maraqların müəyyənləşdirilməsinə töhfə vermək üçün səmimi istəyinin göstəricisi olduğunu qeyd edib. Vurğulayıb ki, Cənubi Qafqaz strateji əhəmiyyət kəsb edən regiondur və üçtərəfli əməkdaşlıq zamanda son dərəcə zəruridir.
Gürcüstan XİN-in məlumatında qeyd edilib ki, qapalı formatda keçirilən görüşün məqsədi regionun firavanlığı, sabitliyi və davamlı inkişafı naminə ölkələr arasında qarşılıqlı faydalı, praktiki, üçtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək sahələr üzrə üç ölkənin ümumi maraqlarını və fikirlərini bölüşməkdir.
“Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş hər hansı digər mövcud əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və ya onu əvəz etmir, əksinə, üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün əlavə səylərini ifadə edir. Görüşdən əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında məsləhətləşmələr aparılıb, bu zaman üç ölkənin xarici işlər nazirlikləri arasında üçtərəfli görüşün keçirilməsi təşəbbüsü irəli sürülüb”, - məlumatda qeyd edilib.
Politoloq Kazım Kazımov “Sherg.az”a bildirib ki, Cənubi Qafqaz çox mürəkkəb və strateji ərazidir:

“İran və İsrail arasındakı gərginlik, Rusiyanın Qara dənizin Şimalında həyata keçirdiyi əməliyyatlar bölgənin nə qədər mürəkkəb ərazidən yerləşdiyini göstərir. Böyük İpək Yolu və Şərq-Qərb nəqliyyat dəhlizi layihələrinin, böyük tranzit enerji xətlərinin Cənubi Qafqazdan keçməsi bölgəmizin necə stratejik əhəmiyyətə malik olduğunun bariz nümunəsidir. Ona görə də ilk növbədə Cənubi Qafqaz daxilində sabitlik və əmin-amanlıq olmalıdır. Bunun əsas təməli isə Bakı-Tiflis-İrəvan arasında normal əməkdaşlığın olmasından keçir. Lakin İrəvan 40 ilə yaxındır sözügedən əməkdaşlıqdan bilərək qaçır. Hətta Ermənistan düşmənlik fəaliyyəti ilə məşğul olub. Amma Azərbaycan öz torpaqlarını azad, ərazi bütövlüyünü isə bərpa etdi. Ermənistan isə məğlubiyyətdən sonra belə ağıllı qərarlar verə bilmir və sülhdən yayınır. Eyni zamanda hər iki tərəf üçün çox müsbət olan Azərbaycanın şərtlərini qəbul etmir və Cənubi Qafqazda kommunikasiyaların açılmasına səy göstərmir. Tiflisdə baş verən görüş əsnasında hər üç ölkə bir sıra məsələlərlə bağlı razılığa gələ bilərlər. Ermənistan düşdükləri xaotik vəziyyətdən çıxmaq üçün Azərbaycanla əməkdaşlıqdan başqa yolunun olmadığını anlamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol