
İttifaqın Tramp qorxusu: Donald hakimiyyətə gələndən sonra Aİ-nin vəziyyəti gərginləşəcək
13:24 13.01.2025
Dünya
692
AB Ukrayna münaqişəsi ilə bağlı Donald Trampın Vladimir Putinlə avropalıların başı üzərində danışıqlara meyilli olacağından qorxur.
Bu barədə “Euractiv” məlumat yayıb.
“Avropalılar Ukrayna ilə bağlı gələcək sülh danışıqları masasında oturmağa zəmanət istəyirlər, lakin yalnız qatlanan kürsü almaq riski ilə üzləşirlər”, - məlumatda deyilir.
Qeyd edək ki, Tramp ötən həftə bildirib ki, Putinin onunla görüşmək istəyi var və artıq təşkilati iş gedir.
Politoloq Elşad Həsənov "Sherg.az"a bildirib ki, artıq 3 ilə yaxındır davam edəj Rusiya-Ukrayna müharibəsində çoxlu şəhər, kənd və qəsəbələr dağıdılıb, insanlar həlak olub. Həmçinin xaricdə 7 milyondan artıq ukraynalı qaçqın şəraitindədir:

"Tramp bu münaqişə ilə bağlı son çıxışında bildirdi ki, milyondan artıq insan tələf olub. Bu isə böyük faciədir. Eyni zamanda bu gün Ukrayna torpaqlarının 20 faizindən çoxu işğal altındadır. Bütün bunlar dünyanın gözü qarşısında baş verir və AB-nin dəstəyi ilə müharibə davam edir. Ümumiyyətlə AB və ABŞ Rusiyanın çökməsini istəyir. Buna görə də Ukraynaya yardım edərək onun tam məğlub olmasına icazə vermədilər. Lakin bu münaqişənin sonu olmalıdır. ABŞ-ın yeni seçilmiş Prezidenti seçki öncəsi bildirdi ki, hakimiyyətə gəldikdən sonra bir günün içərisində müharibəyə son qoyacaq. İndi isə altı aya bunu reallaşdıracağını deyir. Həmçinin ABŞ-ın Ukrayna və Rusiya üzrə danışıqlarda iştirak edən xüsusi nümayəndəsi Keyt Kelloq yüz gün müddətində buna nail olmağa çalışacaqlarını bəyan edib. Digər tərəfdən son zamanlar görünür ki, Rusiya da artıq iqtisadi cəhətdən çökdüyü və çoxlu itkiləri olduğu üçün müharibəni dayandırmaq istəyir. Amma Putin özünü dünya liderlərindən biri hesab edərək müharibənin qazananı kimi göstərmək istəyir. Həmçinin bu məsələni Böyük Vətən müharibəsinin 80 illiyinə qədər həll etməyə çalışır. Digər tərəfdən Tramp da Putinin onunla görüşmək istədiyini və buna hazırlıqlar getdiyini söyləyib. Artıq onların harada görüşəcəyi barədə də danışıqlar gedir. Serbiyanın Prezidenti görüş üçün öz ölkəsinin ən yaxşı yer olduğunu bildirdi".
Politoloqun sözlərinə görə, Tramp hakimiyyətə gələndən sonra Aİ-nin vəziyyəti gərginləşəcək:
"Çünki o açıqlamalarında deyib ki, ABŞ-ın etdiyi yardımlar qədər Aİ ölkələri də etməlidir. Onlar ÜDM-nin 5 faizi qədər vəsait ayrılmalı olsalar da, əslində 1-1.5 faiz edirlər. Avropa ölkələri buna razı olmadığı üçün aralarında mübahisəli məsələlər var. Eyni zamanda Tramp Qrenlandiyanı almaq üçün lazım gələrsə, hərbi gücdən istifadə edəcək. Buna görə də NATO ilə hazırda Qrenlandiyanın sahibi olan Danimarka arasında konflikt yaranacaq. Ümumilikdə Trampla Putinin görüşünə heç bir qüvvə müdaxilə edə bilməyəcək. O, hakimiyyətə gələndən sonra isə Rusiya-Ukrayna cəbhəsində atəşkəsə nail olunacaq. AB isə may ayına qədər nəzərdə tutulan sülh danışıqlarından kənarda qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual