Bukayo Saka "Arsenal"ın tarixində ən çox maaş alan futbolçu olacaq

İngiltərə təmsilçisi "Arsenal" hücumçusu Bukayo Saka ilə yeni müqavilə şərtləri üzərində razılığa yaxındır.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, anlaşmaya əsasən 24 yaşlı hücumçu klub tarixində ən yüksək maaş alan futbolçu olacaq.

İngiltərə millisinin üzvü ilə "topçular" arasında danışıqlar müsbət keçib. Tərəflər arasında razılaşdırılmalı bəzi detallar qalsa da, proses problemsiz davam edir.

Bukayo Saka ilə 2031-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanacaq. Bununla da o, "Arsenal" tarixində həftəlik 300 min funt sterlinq qazanan ilk oyunçu olacaq.