“Çelsi”nin baş məşqçisi Enzo Mareska noyabr ayının İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Teleqraf xəbər verir ki, noyabr ayında “Çelsi” İngiltərə çempionatında dörd oyun keçirib və onlardan üçündə qələbə qazanıb.
“Mavilər” “Tottenhem Hotspur”u (1:0), “Volverhempton”u (3:0) və “Bernli”ni (2:0) məğlub edib, həmçinin “Arsenal”la 1:1 hesablı heç-heçə oynayıblar.
Hazırda “Çelsi” 15 oyundan sonra 25 xalla APL cədvəlində 5-ci pillədədir.