"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən matç qonaqların qələbəsi ilə bitib - 4:2.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.
Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.
"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubl müəllifi olub.
Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın 7 xalı var.
Qeyd edək ki, "köhlən atlar" VII turda, 2026-cı il yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) kollektivini qəbul edəcək.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda altıncı qol vurulub.
"Report"un məlumatına görə, qonaqlar matçda dördüncü dəfə fərqləniblər - 2:4.
Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda beşinci qol vurulub.
"Report"un məlumatına görə, bu dəfə qonaqlar hesabda önə keçib - 3:2.
83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, qonaqlar yenidən hesabı bərabərləşdiriblər - 2:2.
Oskar Qlux 79-cu dəqiqədə fərqlənib.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.
47-ci dəqiqədə Mateus Silva fərqlənib.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib - 1:1.
Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.