DÇ-2026-nın püşkatma mərasimindən əvvəl Sietl şəhərinin Təşkilat Komitəsi iyunun 26-na planlaşdırılan turnir matçının LGBT-yə həsr olunacağını elan etdi.
Publika.az xəbər verir ki, açıqlama verilən zamanı həmin gün hansı komandaların oynayacağı məlum deyildi.
Püşkatma mərasimindən sonra məlum olub ki, həmin gün İran və Misir milliləri Sietldə oynayacaqlar.
Misirdə homoseksual əlaqələr qadağandır. İranda homoseksual münasibətlərə görə ən yüksək cəza ölüm hökmüdür.
Matçın məsləhət komitəsi tədbirin planlaşdırıldığı kimi davam edəcəyini bildirib.
BBC qeyd edir ki, tədbir yerli komitə tərəfindən təşkil olunur və FİFA ilə bağlı deyil.