“İnter Mayami” (ABŞ) komandası MLS-in qalibi olub.
AZƏRTAC xəbər verir ki, Mayami təmsilçisi pley-offun final görüşündə “Vankuver”lə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib.
Lionel Messi iki məhsuldar ötürmə ilə yadda qalıb.
Argentinalı hücumçu “İnter Mayami”nin heyətində daha əvvəl Şimali Amerika Liqasının Kubokunu (2023), MLS-in müntəzəm çempionatını (2024) və pley-offun Şərq Konfransını qazanıb.
“İnter Mayami”nin futbolçuları Jordi Alba ilə Serxio Buskets bu görüşdən sonra peşəkar karyeralarını başa vurublar.