Fransanın PSJ futbol klubu heyətinin ümumi dəyərinə görə İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klublarını qabaqlayaraq dünyada birinci yerə yüksəlib.
Oxu.Az "Transfermarkt" portalına istinadən xəbər verir ki, Paris klubunun bütün futbolçularının ümumi dəyəri 1.37 milyard avro təşkil edir.
"Real Madrid" isə ikinci pilləyə geriləyib. Klubun oyunçuları 1.34 milyard avro dəyərində qiymətləndirilir. İlk üçlüyü "Mançester Siti" (1.32 milyard avro) tamamlayır.
İlk beşliyə, həmçinin UEFA Çempionlar Liqasının finalçısı "Arsenal" (1.23 milyard avro) və İspaniya çempionu "Barselona" (1.17 milyard avro) daxildir.